AZ

Ürək həkimi heç vaxt içmədiyi içkini açıqladı: Sağlam olduğu bilinsə də, ürəyin düşmənidir

Ürək həkimi heç vaxt içmədiyi içkini açıqladı:

Ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəblərindən biridir. Ürək sağlamlığını qorumaq üçün gündəlik vərdişlərə diqqət yetirmək vacibdir. Sağlam qidalanma və düzgün həyat tərzi ürək xəstəliklərinin qarşısını almağa kömək edə bilər. Lakin sağlam hesab edilən bəzi qida və içkilər əslində ürəyə zərər verə bilər.

Emlakbazari.az

Britaniya Ürək Fondunun məlumatına görə, İngiltərədə ürək-damar xəstəliklərindən ölüm halları son 10 ildə rekord səviyyəyə çatıb. Mütəxəssislər sağlam qidalanma, müntəzəm idman və çəki balansının qorunmasının ürək sağlamlığı üçün vacib olduğunu vurğulayır.

E-saglam.az xəbər verir ki, kardiologiya mütəxəssisi Dr. Conatan Behar ürək sağlamlığını qorumaq üçün öz həyatında riayət etdiyi qaydaları bölüşüb və bu tövsiyələri pasiyentlərinə də verdiyini qeyd edib.

1. Səhər yeməyində düzgün seçim edin

Səhər yeməyi ürək sağlamlığına mühüm təsir göstərir. Dr. Behar yüksək karbohidratlı, işlənməmiş qidalar və meyvələrin qəbulunu tövsiyə edir. O, meyvə şirələri əvəzinə bütöv meyvələrin istehlakını daha sağlam hesab edir.

"İnsanlar tez-tez mənim meyvə şirəsi içdiyimi düşünürlər, amma əslində onlar göründüyü qədər sağlam deyil. Çünki yüksək şəkər tərkiblidir və lif baxımından kasaddır."

2. Sağlam qəlyanaltılar yeyin

Gün ərzində enerji səviyyəsini qorumaq və aclıq hissini azaltmaq üçün düzgün qəlyanaltılar seçmək vacibdir. Dr. Behar günorta saatlarında meyvə və ya sağlam qəlyanaltılar qəbul edir.

"Mən enerjili qalmaq və sağlam çəki saxlamaq üçün düyü tortları və alma kimi qəlyanaltılara üstünlük verirəm."

3. Ürək dostu qidalar istehlak edin

Dr. Behar ürək xəstəliklərinin riskini azaltmaq üçün Aralıq dənizi pəhrizinə əməl edir. Bu pəhriz sağlam yağlar, zeytun yağı, tərəvəzlər, tam taxıllar və balıq kimi qidalara əsaslanır.

"Tərəvəz, salat və tam taxılları əsas götürən, yüngül ət və ya balıqla tamamlanan yeməklər hazırlayıram. Həftədə bir dəfə qırmızı ət yesəm də, işlənmiş qidalardan qaçıram."

O, emal olunmuş qidaların tərkibində çoxlu duz, yağ və şəkər olduğuna görə təbii inqrediyentlərdən istifadə edərək yemək hazırlamağı tövsiyə edir.

4. Hər gün gəzin və aktiv olun

Gündəlik fiziki aktivlik ürək sağlamlığının qorunmasında mühüm rol oynayır. Dr. Behar hər gün nizamlı gəzintilərin ürək sağlamlığı üçün vacib olduğunu bildirir.

"Daimi hərəkət etmək qan dövranını yaxşılaşdırır və ürək-damar xəstəliklərinin riskini azaldır. Hər gün 30 dəqiqəlik bir gəzinti belə sağlamlığınız üçün çox faydalıdır."

Ürək sağlamlığını qorumaq üçün balanslı qidalanmaq, nizamlı idman etmək və stres səviyyəsini aşağı saxlamaq vacibdir. Sağlam hesab edilən bəzi içkilərin həqiqətdə ürəyə zərər verə biləcəyini nəzərə alaraq, qidalanma vərdişlərinizi diqqətlə seçmək ürək xəstəliklərinin qarşısını almağa kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
41
35
e-saglam.az

10Mənbələr