Uzunömürlülüyün dörd sütunu xəstəliklərin erkən aşkarlanması, ürək-damar və metabolik sağlamlığın optimallaşdırılması, iltihabla mübarizə, idrak və fiziki hazırlığın qorunmasıdır.
Publika.az xəbər verir ki, bu barədə "WellnessPulse"ə ABŞ- dan olan immunoloq və ailə həkimi Dr.Helen Messier məlumat verib.
Həkim izah etdi ki, sağlam ömür illərini uzatmaq üçün mütəmadi olaraq qan təzyiqi, qanda şəkər və xolesterin səviyyəsi, çəki və bədən ölçülərinə nəzarət etmək lazımdır. Bu göstəricilərdəki dəyişikliklər müxtəlif patologiyaların əlamətlərini vaxtında görməyə kömək edəcəkdir. Həkim mütəmadi tibbi müayinələrin aparılmasının vacibliyini də vurğulayıb.
"Ən vacib vərdişlər gündəlik fiziki fəaliyyət, keyfiyyətli yuxu, yaxşı qidalanma, stressin idarə edilməsi və müntəzəm sosiallaşmadır. Bu ardıcıllıq bütünsağlamlıq kateqoriyalarında uzun müddət ərzində kumulyativ təsir göstərir", - deyə həkim izah edib.
O qeyd edib ki, düzgün qidalanma pəhrizə antioksidantları olan qidaların daxil edilməsini nəzərdə tutur: