AZ

Ukrayna hakimiyyəti Rusiya və ABŞ arasında razılaşmadan narazıdır - KİV

Ukrayna hakimiyyəti Rusiya və ABŞ arasında Qara Dəniz Təşəbbüsünün bərpasına dair razılaşmanı tənqid edib. "Ölkə.az" xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazıb.

"Birləşmiş Ştatlar Rusiyaya taxıl və gübrələrini dünya bazarında satmaqda kömək etməyə razılıq verib. Bu addım Kiyevdə dərhal tənqid edilib və Kremlin çoxdankı tələbinə birtərəfli güzəşt kimi qəbul edilib", - nəşr yazır.

Qəzet xatırladır ki, Ukrayna tərəfindən rədd edilən taxıl və gübrələrin tədarükü təklifi Moskva və Kiyev arasında enerji obyektlərinə hücumlara moratorium haqqında razılaşma ilə eyni vaxtda ortaya çıxıb.

Martın 25-də Kreml Rusiya və ABŞ arasında Ər-Riyadda keçirilən danışıqların yekunlarına dair bəyanat yayıb. Tərəflər bir sıra mühüm məsələlər üzrə razılığa gəliblər. Birincisi, Qara Dəniz Təşəbbüsü dəniz nəqliyyatının təhlükəsizliyini təmin edəcək, kommersiya gəmilərinin hərbi məqsədlər üçün istifadəsini qadağan edəcək və gəmilərin yoxlanılması prosedurlarını təmin edəcək.

Bundan əlavə, ABŞ Rusiyaya qlobal kənd təsərrüfatı bazarlarına çıxış əldə etməyə kömək etməyə razılaşıb. Üçüncüsü, tərəflər həm Ukraynada, həm də Rusiyada enerji infrastrukturu obyektlərinə hücumların 30 gün müddətinə qadağan edilməsinə razılaşıblar.

Kreml həmçinin üçüncü ölkələri bu razılaşmaların həyata keçirilməsini dəstəkləməyə çağırıb və Rusiyanın “davamlı sülh” yaratmaq səylərini davam etdirmək niyyətini təsdiqləyib.

Elvin

Ölkə.az

Seçilən
54
37
olke.az

10Mənbələr