AZ

Yasamalda bədbəxt hadisə: Avtomobil bina tikmək üçün qazılmış bünövrəyə aşdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Yasamal rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, Yeni Yasamal ərazisində avtomobil bina tikmək üçün qazılan və ətrafı hasarlanmayan bünövrəyə aşıb.
Yasamal sakini qeyd edir ki, həmin ərazi çoxdan qazılsa da, ərazidə hər hansı iş aparılmayıb.
"Bura parklanma yerinin arxasındadır. Ərazi çoxdan qazılsa da ətrafına heç bir hasar çəkilməyib. O səbəbdən nəqliyyat vasitəsini arxaya verən yaşlı insan avtomobil qarışıq həmin qazılmış əraziyə düşüb. Əraziyə təcili tibbi yardım əməkdaşları da gəliblər", - deyə sakin bildirib.
Əzizə İsmayılova
Seçilən
80
50
oxu.az

10Mənbələr