AZ

Rusiyalı qadın içində keçmiş sevgilisi olan avtomobilə od vurdu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Novosibirsk şəhərinin sakini mübahisədən sonra keçmiş sevgilisinin "Mercedes"ini yandırıb. Kişi həmin vaxt avtomobilin içində olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Novosibirsk vilayəti üzrə Baş İdarəsinin rəsmi "Telegram" kanalında məlumat yayılıb.
Bildirilir ki, 37 yaşlı qadın keçmiş sevgilisinin avtomobilinin üzərinə yanacaq töküb və od vurub. Kişi avtomobili tərk etməyə macal tapıb və yanğınsöndürənlə alovu söndürüb.
Cinayət-axtarış şöbəsinin əməkdaşları qadını hadisə yerində saxlayıblar. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin "əmlakın qəsdən məhv edilməsi" maddəsi ilə cinayət işi açılıb.
Seçilən
75
50
oxu.az

10Mənbələr