AZ

Türkiyədə həbs edilən atirazçıların SAYI AÇIQLANDI

Martın 19-dan etibarən bu günə qədər Türkiyədə keçirilən etiraz aksiyaları zamanı 1 879 nəfər saxlanılıb.

Publika.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya X sosial media hesabında yazıb.

Nazir bildirib ki, onlardan 260 nəfəri həbs edilib, 468-i üzrə məhkəmə nəzarəti qərarları qəbul edilib.

"Onlardan 662-si üzrə araşdırmalar davam etdirilir. Onlardan 489-u azadlığa buraxılıb", - deyə Ə.Yerlikaya bildirib.

Seçilən
42
3
publika.az

3Mənbələr