Bakı. Trend:
Martın 19-dan etibarən bu günə qədər Türkiyədə keçirilən etirazaksiyaları zamanı 1 879 nəfər saxlanılıb.
Trend xəbər verir ki, bunu Türkiyənin daxiliişlər naziri Əli Yerlikaya X sosial media hesabında yazıb.
Nazir bildirib ki, onlardan 260 nəfəri həbs edilib, 468-i üzrəməhkəmə nəzarəti qərarları qəbul edilib.
"Onlardan 662-si üzrə araşdırmalar davam etdirilir. Onlardan489-u azadlığa buraxılıb", - deyə Ə.Yerlikaya bildirib.
Xatırladaq ki, martın 19-u İstanbulun Baş Prokurorluğu şəhərinmeri Əkrəm İmamoğlu, İstanbul meriyasının baş katibinin müaviniMahir Polat, Şişli Bələdiyyə başçısı Rəsul Emrah Şahan da daxilolmaqla, 7 şübhəli barəsində "PKK/KCK terror təşkilatına yardımetmək" ittihamı ilə saxlanılma qərarı çıxarıb. Bundan sonra ölkəninbir sıra yerlərində etiraz aksiyaları başlayıb.