Sökülən evin sahibi Həbib Hacıyev deyir ki, 3 ildir tikinti şirkəti ailəsini evdən çıxarmağa çalışır. Buna razı olmadığı üçün isə evi zorla sökməyə çalışıblar.
Vətəndaş deyir ki, tikinti şirkəti ona evin qarşılığında rəsmi şəkildə heç bir məbləğ təklif etməyib.
Demokrat.az Xəzər TV-yə istinadən məlumat verir ki, söküntü işlərini aparan "Melissa Group" tikinti şirkətinə daxil olan "FEBA" MTK-nın nümayəndəsi Arzuman Murtuzayev isə bildirir ki, bugünkü hadisə ilə bağlı tapşırığı şirkət verməyib, işçilər səhvən ediblər: "Müqavilə bağladığımız işçi səhvən edib, bilməyib ki, orada kimsə yaşayır. Həmin sahədə 55 ev olub, 54-ü razılıqla köçürülüb. Hacıyev Həbibə də bazar qiymətlərindən qat-qat artıq - 651 min manat pul təklif etmişik. O isə 2 milyon civarında istəyir".
Qeyd edək ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və söküntü işlərinin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib. Söküntü mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb.
Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Ətraflı süjetdə:
10Mənbələr
-
yenigundem.azBakıda evi dağıdan tikinti şirkətinin nümayəndəsindən açıqlama: "Ekskavatoru fırlayanda səhvən evə dəyib" - VİDEO ( 16232445)
-
axar.azBakıda evi dağıdan tikinti şirkətindən qəribə açıqlama - Video ( 16226829)
-
turkustan.azBakıda evi dağıdan tikinti şirkətinin nümayəndəsi açıqlama verdi : "2 milyon istəyir..." - VİDEO ( 16226361)
-
far.azBakıda yaşayış evini dağıdan tikinti şirkətinin nümayəndəsi AÇIQLAMA VERDİ ( 16226119)
-
demokrat.azYaşayış evini dağıdan tikinti şirkətinin nümayəndəsi AÇIQLAMA VERDİ — VİDEO ( 16226091)
-
bakivaxti.azBakıda yaşayış evini dağıdan tikinti şirkətinin nümayəndəsi AÇIQLAMA VERDİ ( 16226067)
-
oxu.azBakıda yaşayış evini dağıdan tikinti şirkətinin nümayəndəsi AÇIQLAMA VERDİ ( 16226013)
-
hakimiyyet.azBakıda yaşayış evini dağıdan tikinti şirkətinin nümayəndəsi AÇIQLAMA VERDİ ( 16225955)
-
hurriyyet.azYasamalda evi uçurdulan qadın danışdı - Video+Fotolar ( 16222255)
-
cebheinfo.azYasamalda evi uçurdulan qadın danışdı - VİDEO ( 16222109)