AZ

Bakıda evi dağıdan tikinti şirkətindən qəribə açıqlama - Video

Yasamal rayonunda rəsmi icazəsi olmadan vətəndaşın evini sökən “Melissa Group” tikinti şirkətinə daxil olan FEBA MTK-nın nümayəndəsi hadisə ilə bağlı açıqlama verib.

Axar.az xəbər verir ki, MTK-nın nümayəndəsi Arzuman Murtuzayev Xəzər TV-yə söküntü aparılması tapşırığının şirkət tərəfindən verilmədiyini bildirib.

Onun sözlərinə görə, işçilər səhvən evi söküblər:

“Müqavilə bağladığımız işçi səhvən edib, bilməyib ki, orada kimsə yaşayır. Səhvən olub. Həmin sahədə 55 ev olub, 54-ü razılıqla köçürülüb. Hacıyev Həbibə də bazar qiymətlərindən qat-qat baha - 651 min manat pul təklif etmişik. O isə 2 milyon civarında istəyir”.

Daha ətraflı videomaterialda:

Seçilən
120
13
axar.az

10Mənbələr