Bakı. Trend:
Martın 27-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdənbağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təminolunub.
Trendxəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 52, o cümlədənborclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyətiüzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.