AZ

Bakıdakı dünya çempionatının medalları təqdim olundu

Bu ilin may ayında Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının medalları təqdim olunub.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xüsusi dizaynla hazırlanmış medalların üzərində mundialın loqotipi həkk olunub. Xüsusi materiallardan hazırlanan medallar öz keyfiyyəti ilə seçilir.

Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək keçiriləcək. Oyunlar Milli Gimnastika Arenasında olacaq.

Seçilən
81
19
football-plus.az

10Mənbələr