May ayında Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının medalları təqdim olunub.
Xüsusi dizaynla hazırlanmış medalların üzərində mundialın loqotipi həkk olunub.
Qeyd edək ki, paytaxtımızda təşkil olunacaq dünya çempionatı mayın 21-dən iyunun 1-dək keçiriləcək. Oyunlar Milli Gimnastika Arenasında baş tutacaq.