Azərbaycan millisinin və "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Sportinfo.az-a açıqlama verib.
28 yaşlı futbolçu "Milli komandanın uğursuz nəticələrdən sonra "Qarabağ"da uğurlu nəticələrə köklənmək çətin olmurmu" sualına cavab olaraq bunları deyib:
"Qurban müəllim daim millinin oyunlarını izləyir və bizi daim diqqətdə saxlayır. Söhbətləri də olur. Xüsusən də bu cür nəticələrdən sonra.
Düşünürəm ki, yenə də olacaq. Ümumiyyətlə, hər bir futbolçu bu haqda çox ciddi fikirləşməlidir".
XANOĞLAN