Rusiya və Ukrayna arasında müharibədə həlak olanların meyitlərinin mübadiləsi baş tutub.
Bu barədə “RBK”ya Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib.
Məlumata görə, Ukraynaya 909, Rusiya tərəfinə 43 hərbçinin meyiti qaytarılıb.
Bundan əvvəl tərəflər arasında həlak olanların meyitlərinin mübadiləsi fevralın 14-də baş tutmuşdu. Həmin vaxt Rusiyaya 45, Ukraynaya isə 757 hərbçinin meyiti təhvil verilmişdi.