AZ

Rusiya 909 hərbçinin meyitini Ukraynaya qaytardı

Rusiya müharibədə həlak olan 909 nəfərin meyitini Ukraynaya qaytarıb. Buna qarşılıq olaraq Ukrayna da Rusiya tərəfinə 43 hərbçinin nəşini verib.

Gundem.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə sözügedən ölkənin Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib.

Qeyd edək ki, bundan öncə tərəflər arasında həlak olanların meyitlərinin mübadiləsi fevralın 14-də baş tutmuşdu. Həmin vaxt Rusiyaya 45, Ukraynaya isə 757 hərbçinin meyiti təhvil verilmişdi.

Seçilən
99
4
gundem.az

10Mənbələr