AZ

Ağsuda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlandı

Bakı. Trend:

Ağsuda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlandı.

Trend xəbər verir ki,28.03.2025-ci il tarixində saat 14:00 radələrində Ağsu RayonMərkəzi Xəstəxanasına 7 (2 qadın cinsli, 5 kişi cinsli) nəfərhospitalizasiya olunub.

Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbiyardımlar göstərilib. Vəziyyəti qənaətbəxş olan 5 nəfər ambulatormüalicə üçün evə buraxılıb.

Hazırda 2 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsindədavam etdirilir. Vəziyyətləri stabildir.

Xatırladaq ki, 28 mart 2025-ci il tarixdə Ağsu rayonu Bənəcikkəndində yaşayan 1972 ci il təvəllüdlü, Nəsrullayev SüleymanMəhəmməd oğlunun idarə etdiyi Dayvo Damas markalı 99-UE-469 dövlətqeydiyyat nömrə nişanlı avtomobil, Ağsu rayonu Ərəbuşağı kəndindəyaşayan 2002-ci il təvəllüdlü Bağırov Cahid Cabir oğlunun idarəetdiyi vaz 2106 markalı 06-BH-024 dövlət qeydiyyat nömrə nişanlıavtomobil, Ağsu rayonu Çaparlı kəndində yaşayan 1978-ci iltəvəllüdlü Şahbazov Ramil Qurban oğlunun idarə etdiyi Opel astramarkalı 77-HM-563 dövlət qeydiyyat nömrə nişanlı avtomobil və Ağsurayonu Xanbulaq kəndində yaşayan 1984-cü il təvəllüdlü İbrahimovQənbər Mustafa oğlunun idarə etdiyi kamaz markalı 41-BA- 941 dövlətqeydiyyat nömrə nişanlı avtomobillər toqquşub.

Qəza zamanı sərnişinlər Ağsu rayonu Çaparlı kəndində yaşayan12.03.1998-ci il təvəllüdül, Qurbanov Qurban Elman oğlu,18.01.2016-cı il təvəllüdlü Salmanzadə Zeynəb Xəqani qızı ,20.07.2022-ci il təvəllüdlü Salmanov Əbilfəz Xəqani oğlu vəsürücülər 14.01.1978-ci il təvəllüdlü Şahbazov Ramil Qurban oğlu,19.12.1972-ci il təvəllüdlü Nəsrullayev Süleyman Məhəmməd oğlu,10.10.2002-ci il təvəllüdlü Bağırov Cahid Cabir oğlu müxtəlifdərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi xəstəxanasınayerləşdiriliblər.

DİN- in Mətbuat Xidmətinin Şəki Regional qrupundan Trend-insorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Ağsu rayon polisşöbəsində araşdırma aparılır.

Seçilən
76
14
az.trend.az

10Mənbələr