AZ

Ağsudakı qəzada xəsarət alanların vəziyyəti açıqlandı

28.03.2025-ci il tarixində saat 14 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasına 7 (2 qadın cinsli, 5 kişi cinsli) nəfər hospitalizasiya olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib.

Vəziyyəti qənaətbəxş olan 5 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 2 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Onların vəziyyətləri stabil qiymətləndirilir.

Bizim.Media

Seçilən
81
2
bizim.media

10Mənbələr