Rusiya müharibənin 1130-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 660 təyyarəsi, 283 helikopteri, 48 952 PUA-sı, 601 zenit-raket kompleksi, 22 569 tank və digər zirehli texnikası, 1 532 reaktiv yaylım atəş sistemi, 23 064 artilleriya və minaatanı, 33 499 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.