AZ

1131-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1131-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 660 təyyarəsi, 283 helikopteri, 49 030 PUA-sı, 601 zenit-raket kompleksi, 22 596 tank və digər zirehli texnikası, 1 533 reaktiv yaylım atəş sistemi, 23 109 artilleriya və minaatanı, 33 530 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Seçilən
11
49
axar.az

10Mənbələr