AZ

Bakıda avtobus iki maşınla toqquşdu - VİDEO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media "unikal.аz"-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Binəqədi qəsəbəsində 45 nömrəli xətt üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusu iki "Hyundai" markalı avtomobillə toqquşub.

5 saylı xətt üzrə daşıyıcı şirkətin nümayəndəsi Afis Mikayılov unikal.az-a açıqlamasında bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb:

"Qəza avtobusun qarşısına digər nəqliyyat vasitəsinin qəfil çıxması səbəbindən baş verib. İdarəetmədən çıxan avtobus 2 avtomobilə toxunub və nəqliyyat vasitələri zədələnib. Bununla bağlı sığorta şirkətinə məlumat verilib, hadisə yerinə baxış keçirilib. Xəsarət alan olmayıb".


Bizim.Media

Seçilən
44
9
bizim.media

10Mənbələr