AZ

Bakıda sərnişin avtobusu iki maşınla toqquşdu - AÇIQLAMA


Xəbər verdiyimiz kimi, 45 nömrəli xətt üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusu qəzaya düşüb.

45 saylı xətt üzrə daşıyıcı şirkətin nümayəndəsi Afis Mikayılov "Unikal"a açıqlamasında bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb:

"Qəza avtobusun qarşısına digər nəqliyyat vasitəsinin qəfil çıxması səbəbindən baş verib. İdarəetmədən çıxan avtobus 2 avtomobilə toxunub və nəqliyyat vasitələri zədələnib. Bununla bağlı sığorta şirkətinə məlumat verilib, hadisə yerinə baxışkeçirilib. Xəsarət alan olmayıb".

Seçilən
67
9
news24.az

10Mənbələr