1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir.
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler Çanaqqalada Amfibiya Korpusu Komandanlığında bayram namazını qıldıqdan sonra çıxışında deyib. Onun çıxışı nazirliyin sosial şəbəkə səhifəsində paylaşılıb.
Güler bildirib ki, Türkiyə Azərbaycan, Şimali Kipr, Liviya, Qətər, Somali, Kosovo, Bosniya və Herseqovinada, habelə bir sıra bölgələrdə qardaş, dost və müttəfiq ölkələrin haqlı mübarizələrinə dəstək verməyə davam edir, bununla da qlobal sülh və sabitliyə töhfə verir.
Nazir söyləyib ki, Türkiyə Silahlı Qüvvələri bu fəaliyyətlərlə yanaşı, həm də genişmiqyaslı təlimlər keçirir.