AZ

Bəhruz Məhərrəmov: "Azərbaycanın qətiyyəti qarşısında rəsmi Berlin üzrxahlıq etdi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Almaniya Prezidentinin Ermənistana səfəri çərçivəsində rəsmi səhifəsində qondarma rejimin "bayrağını" paylaşması, o cümlədən erməni haqlarından dəm vurması beynəlxalq hüquqa zidd davranış olmaqla bərabər, həm də Paşinyanın "Qarabağ hərəkatından" əl çəkmək barədə bəyanatı fonunda yenidən İrəvan küçələrində aksiyalara başlayan revanşistləri ümidləndirmək və Ermənistanı yeni müharibəyə təşviq etmək demək idi".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.
"Azərbaycanın qətiyyəti qarşısında rəsmi Berlinin üzrxahlıq etməsi bir daha göstərdi ki, İlham Əliyev hərbi-siyasi qələbələri ilə elə geosiyasi konfiqurasiya formalaşdırıb ki, artıq hər kəs bizimlə hesablaşmaq zərurətini dərk edir", - deyə deputat qeyd edib.
B.Məhərrəmov çıxışı zamanı bildirib ki, toxunmaq istədiyi digər məsələ isə son günlər Türkiyədə müşahidə olunan proseslər fonunda yanlış olaraq bu proseslərdən Azərbaycan üçün pay biçmək cəhdləri ilə bağlıdır:
"Bu gün Azərbaycan cəmiyyətində bir qisim insan nə qədər qəribə olsa da, Türkiyə vətəndaşlarından daha çox Türkiyə siyasətində imiş kimi davranmaqdadır. Bəli, Türkiyədə gərginlik var, amma bu problemi yoluna qoymaq üçün qardaş Türkiyə dövlətinin yetərincə gücü, türk xalqının isə yetkin iradəsi mövcuddur və kənardan heç kimin məsləhət və tövsiyələrinə ehtiyac duyulmur. Doğrusu nədir, Türkiyə özü qərar verəcək. Bu mənada, Azərbaycandan, öz ölkəsində zərrə qədər nüfuzu olmayan siyasi uğursuzların Türkiyədə yaşananlara Azərbaycan siyasi kəsimi adına müdaxilə xarakterli çıxışlar etməsi sadəcə gülüş doğurur".
B.Məhərrəmov deyib ki, eyni kəsim bir zamanlar profillərini Ukrayna bayraqları ilə bəzəyir, çıxışlarını "Slava Ukraina" sözləri ilə başlayıb-bitirirdilər, amma Trampın hakimiyyətə gəlməsi və ABŞ-nin bu məsələdə mövqeyini dəyişməsi, nəticədə bu təbliğata axan maliyyə kranını bağlaması ilə adıçəkilən dairələrin Ukrayna sevgisi də başa çatdı:
"İndi bu gün həmin kəsimin yenidən fəallaşmasının məqsədi kifayət qədər aydındır, antimilli şüur gizlətmir ki, baş verənlərə türk baharı kimi ümid edir. Amma bu adamlar hələ də başa düşmür ki, türkün baharı idxal olunan inqilablar deyil, türkün baharını artıq İlham Əliyev Qarabağın, Şərqi Zəngəzurun azad edilməsi ilə başladıb, türk baharı elə Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizidir, türkün baharı Qərbi Azərbaycana qayıdışdır".
Aləmdə Nəsib
Seçilən
75
50
oxu.az

10Mənbələr