AZ

Daha bir piyada ölümü

Şəki şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonunun İnçə kəndindən keçən hissəsində olub.

Belə ki, İsmayıl Piriyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Cəmaləddin Abdullayevi vurub.

Nəticədə C.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

"Cebheinfo.az"

Seçilən
59
3
cebheinfo.az

10Mənbələr