AZ

ŞƏKİDƏ ağır qəza - ÖLƏN VAR

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.



Referans APA-ya istinadən xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonunun İnçə kəndindən keçən hissəsində qeydə alınıb.



Belə ki, bu gün gecə 01:00 radələrində İsmayıl Piriyev idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Cəmaləddin Abdullayevi vurub.



Nəticədə C.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.



DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Seçilən
60
24
referans.az

10Mənbələr