AZ

Bakı-Quba yolunda yaranan təhlükəli vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunda yaranan təhlükəli vəziyyət sürücülərin narahatlığına səbəb olub.
Oxu.Az xəbər verir ki, təhlükəli vəziyyətin yaranmasına səbəb yolun Şabran rayonu ərazisindən keçən hissədə, beton körpünün üstündəki temperatur tikişinin sınması olub.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında yoldakı problemin aradan qaldırıldığını bildirib.
"Artıq o yolda belə bir problem yoxdur. Təxminən 8-10 gün olar ki, problem aradan qaldırılıb", - deyə A.Nəcəfli bildirib.
Əzizə İsmayılova
Seçilən
77
50
oxu.az

10Mənbələr