AZ

London və Vaşinqton razılaşdı - Putinə təzyiq davam edəcək

Böyük Britaniyanın baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə təzyiqi davam etdirmək barədə razılığa gəliblər.

Bu barədə Britaniya hökumətinin mətbuat xidməti iki lider arasında martın 30-da baş tutan telefon danışığından sonra məlumat yayıb.

Məlumata görə, Starmer Trampa Parisdə “istəkli ölkələr koalisiyası” çərçivəsində keçirilən görüş və Ukraynaya təhlükəsizlik zəmanətləri verə biləcək ölkələrlə aparılan “məhsuldar müzakirələr” barədə məlumat verib.

Qeyd edək ki, Ağ Ev hazırda liderlərin söhbəti ilə bağlı əlavə detallar açıqlamayıb.

Seçilən
21
40
herbiand.az

10Mənbələr