Amerikalılar Ukraynadakı "faydasız" münaqişəni maliyyələşdirməyə davam etmək istəmir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu respublikaçıların nümayəndəsi Marcori Teylor Qrin sosial şəbəkə hesabında yazıb.
"Amerika saxta rəy sorğularına və neomühafizəkarların təkidlərinə baxmayaraq, Ukraynada nəticəsiz müharibənin davam etdirilməsinin maliyyələşdirilməsini dəstəkləmir", - o bildirib.
Onun sözlərinə görə, ABŞ vətəndaşlarının 36 trilyon dollar borcu var və vergi pullarının ölkənin daxili problemlərinin həllinə sərf olunmasını istəyirlər.
Milli.Az