AZ

"ABŞ Ukraynaya pul vermək istəmir, 36 trilyon borcu var"

Amerikalılar Ukraynadakı "faydasız" münaqişəni maliyyələşdirməyə davam etmək istəmir.

News24.az axar.az-a istinadən xəbər verir ki, bunu respublikaçıların nümayəndəsi Marcori Teylor Qrin sosial şəbəkə hesabında yazıb.

"Amerika saxta rəy sorğularına və neomühafizəkarların təkidlərinə baxmayaraq, Ukraynada nəticəsiz müharibənin davam etdirilməsinin maliyyələşdirilməsini dəstəkləmir", - o bildirib.

Onun sözlərinə görə, ABŞ vətəndaşlarının 36 trilyon dollar borcu var və vergi pullarının ölkənin daxili problemlərinin həllinə sərf olunmasını istəyirlər.


Seçilən
86
3
news24.az

10Mənbələr