"Barselona"nın nümayəndələri Bakıda "ASK Arena" və "Liv Bona Dea Arena" stadionlarına baxış keçiriblər.
Sportinfo.az oxu.az-a istinadən xəbər verir ki, baxış keçirənlər arasında "Barselona" futbol akademiyasının Avropa, Yaxın Şərq və Afrika (EMEA) bölgəsinin rəhbəri Mark Sabate Ferre və Avropa və Afrika üzrə texniki koordinatoru Bernat Villa Ay Qorris də olublar.
Daha öncə İspaniya klubunun prezidenti Joan Laporta Azərbaycana gələrək burada "Barselona" klubunun akademiyasını yaratmaq istədiklərini bildirmişdi.