AZ

“Turan Tovuz” ondan gələn xəbərlə ÇOX PİS OLDU!

Son vaxtlar Premyer Liqada işləri qaydasında getməyən «Turan Tovuz» növbəti məyusedici xəbər alıb.

Uzun müddət yaşıl sahələrdən uzaq qalan Şəhriyar Əliyev mövsümün qalan hissəsində də meydana çıxa bilməyəcək.

Qərb klubunda üçüncü mövsümünü keçirən kapitanın zədəsi kifayət qədər ciddi imiş.

Həkimlər müdafiəçinin təcili əməliyyat olunmasının vacibliyi barədə rəsmiləri məlumatlandırıb. Millinin sabiq oyunçusu yaxın günlərdə cərrah masasına qalxacaq.

Əliyev yanvarda sıradan çıxıb. O, məşq əsnasında yeni komanda yoldaşı Jo Batista ilə toqquşmadan sonra ciddi xəsarət alıb.

SPORTİNFO.AZ

Seçilən
57
8
sportinfo.az

10Mənbələr