AZ

Ayşən Macarıstanda finala doğru növbəti addım atdı - 10 xal

Qadın voleybolçular arasında Macarıstan çempionatında yarımfinal mərhələsinin oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimovanın şərəfini qoruduğu “Vaşaş” final yolunda “Kapoşvar”la üçüncü qarşılaşmasını keçirib.

Təmsilçimizin komandası rəqibini 3:0 hesabı ilə məğlub edib. Abduləzimova görüşdə 10 xal toplayıb.

Bu qələbə “Vaşaş”ı hesabda önə keçirib – 2:1.

Finala 3 qəbələ qazanacaq kollektiv yüksələcək.

Seçilən
50
48
sportinfo.az

10Mənbələr