AZ

“Qarabağ” birinci gəlir, sonra “Neftçi”, onun da ardınca...

Premyer Liqanın XXVIII turunun son matçında “Zirə” “Şamaxı”nı 3:0 hesabı ilə məğlub edib.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, bu nəticə Azərbaycan çempionatları tarixində 400-cü dəfə qeydə alınıb.

Turnirdə ilk 3:0-a 1992-ci il mayın 3-də təsadüf olunub. Həmin gün “Pambıqçı” (Bərdə) “Şirvan”a (Kürdəmir) 3 cavabsız qolla qalib gəlib.

Çempionatın 33 illik tarixində 3:0 hesabı ilə ən çox qələbə qazanan komanda “Qarabağ”dır – 65 dəfə. “Neftçi” 41, “Kəpəz” 31 dəfə üç cavabsız qola sevinib.

Gəncə təmsilçisi həm də hamıdan çox – 27 dəfə 0:3-ə üzülüb. MOİK 25, “Qəbələ” 22 dəfə belə məğlubiyyət alıb. Qeyd edək ki, “Zirə” və “Şamaxı” üçün bu nəticə 12-ci olub.

Bakı klubu bu hesabla 12-ci qələbəsini qazanıbsa, qonaqlar 12-ci dəfə üç cavabsız qolla uduzublar.

Seçilən
62
49
sportinfo.az

10Mənbələr