AZ

“Futbol üçün çox darıxmışdım, indi özümü yaxşı hiss edirəm, həzz alıram”

“Aston Villa”nın hücumçusu Markus Reşford “Mançester Yunayted”dən ayrılmadan əvvəl özünü yaxşı hiss etmədiyini etiraf edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Aston Villa”ya gəlməmişdən əvvəl futbol üçün çox darıxmışdım. İndi özümü yaxşı hiss edirəm və oyundan həzz alıram”.

Reşford fevralın əvvəlində “Aston Villa”ya icarəyə verilib. O, yeni komandasının heyətində 10 matçda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
47
49
sportinfo.az

10Mənbələr