AZ

40 milyon avroya yarımmüdafiəçi transfer edə bilər - Premyer Liqa təmsilçisi

“Latsio”nun yarımmüdafiəçisi Nikolo Rovella qarşıdakı transfer pəncərəsində “Liverpul”a keçə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki “qırmızılar” yeni köməkçi yarımmüdafiəçi axtarışlarını davam etdirir.

Rovella İngiltərə klubunun maraq dairəsinə düşüb. “Liverpul” rəhbərliyi 23 yaşlı futbolçu üçün 40 milyon avroluq təklif hazırlayır.

Rovella icarə əsasında “Yuventus”dan “Latsio”ya keçib. O, bu mövsüm 34 oyun keçirib və 3 məhsuldar ötürmə edib.

Seçilən
52
49
sportinfo.az

10Mənbələr