ABŞ Prezidenti Donald Tramp may ayında Səudiyyə Ərəbistanına səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Kerolin Levit məlumat verib.
Bu ölkə əvvəllər Amerika Prezidenti ilə Rusiya lideri Vladimir Putin arasında mümkün görüş yeri kimi qeyd edilib.
Bundan əvvəl Amerika liderinin özü demişdi ki, səfəri zamanı regionun digər ölkələrinə də səfər edə bilər.