AZ

Donald Tramp Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ prezidenti Donald Tramp apreldə Səudiyyə Ərəbistanına səfər edə biləcəyini bildirib. Ölkə əvvəllər Tramp və Rusiya prezidenti Vladimir Putin arasında mümkün görüş yeri kimi qeyd edilmişdi. “Bu, gələn ay (apreldə) ola bilər, bəlkə bir az sonra baş verə bilər”, – Tramp Ağ Evdə jurnalistlərə Səudiyyə Ərəbistanına səfərin perspektivləri barədə sualı cavablandırarkən deyib.

Tramp həmçinin əlavə edib ki, o, Qətər, BƏƏ və “ehtimal ki, bir neçə başqa ölkə” də daxil olmaqla bir sıra Yaxın Şərq ölkələrinə səfər etmək niyyətindədir.

Daha əvvəl “Axios” mənbələrə istinadən xəbər vermişdi ki, Donald Tramp mayın ortalarında Səudiyyə Ərəbistanına səfər edəcək. Mənbələrdən biri qeyd edib ki, səfərin məqsədi Fars körfəzi ölkələri ilə münasibətləri gücləndirmək, Yaxın Şərqdəki münaqişələrin həlli və investisiyaların müzakirəsi olacaq. “Reuters” mənbələri Trampın Ər-Riyada gözlənilən səfəri ilə bağlı xəbərləri təsdiqləyib. Bu, onun ikinci prezident postunda ilk xarici səfəri olacaq.

//Samir Qurbanov, Editor.az

Seçilən
46
43
editor.az

10Mənbələr