AZ

Ötən sutkada 23 yanğına çıxış olub - 5 nəfər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 halda yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Qurumun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 5 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər təxliyə olunub. Həmçinin Hacıqabul rayonunun Birinci Udullu kəndində “БЕЛАРУС” markalı traktorun idarəetməni itirərək yol kənarındakı dərəyə aşması nəticəsində nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Seçilən
303
49
modern.az

10Mənbələr