AZ

Ötən gün 25 halda yanğına çıxış olub, 4 nəfər xilas edilib

Bakı, 18 yanvar, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən gün ərzində 25 halda yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Qurumun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-nin qüvvələri tərəfindən ötən gün ərzində ikisi azyaşlı olmaqla altı nəfər xilas edilib, yanğın zamanı səkkiz nəfər təxliyə olunub, iki nəfər tüstüdən zəhərlənib, iki nəfər xəsarət alıb.

FHN üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Seçilən
269
49
azertag.az

10Mənbələr