AZ

İsmayıllı rayon sakini qeysəriyyə əməliyyatından sonra ölüb

İsmayıllı

Bakı, 25 dekabr, AZƏRTAC

Dekabrın 24-də saat 10 radələrində İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ilkin araşdırmalarla Ülviyyə Əhmədovanın bir gün öncə qeysəriyyə əməliyyatı olunduğu müəyyənləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
33
19
azertag.az

10Mənbələr