AZ

Azərbaycanda qadın keysəriyyə əməliyyatından sonra öldü - RƏSMİ

Baş Prokurorluq İsmayıllıda ana ölümü ilə bağlı məılumat yayıb.

Qurumdan Day.Az-a bildirilib ki, dekabrın 24-də saat 10 radələrində İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, Ülviyyə Əhmədova bir gün öncə keysəriyyə əməliyyatı olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

xxx

09:43

Ötən gün İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında ana ölümü baş verib.

Day.Az xəbər verir ki, Şuşa sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədova doğum zamanı vəfat edib.

Qeyd edək ki, onun üç övladı var.

Seçilən
36
4
day.az

10Mənbələr