Şahmat üzrə qadınlardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandayla ilk yoldaşlıq görüşündə üz-üzə gəlib.
Arena.az xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma ilk oyun günündə ağ fiqurlarla mübarizə aparıb.
Bütün partiyalar heç-heçə başa çatıb. Bu üzdən də komandalar heç-heçəyə razılaşıblar – 2,5:2,5.
Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaqlar.
Xatırladaq ki, qarşılaşma rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqində hesablanacaq. Yoldaşlıq görüşü millinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.