Milli son turda Gürcüstanla heç-heçə etdi
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandayla keçirdiyi yoldaşlıq görüşləri başa çatıb.
Futbolpress.az xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət komanda sonuncu turda heç-heçə edib.
Razılaşmaya əsasən şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparıblar. Yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanacaq.
Yoldaşlıq görüşü qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidi.