AZ

Musanın adı niyə iştirak ərizəsinə salınmayıb? - Baş məşqçisi açıqladı

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” ötən gün İsveç çempionatının 3-cü turunda “Sirius”u 2:0 hesabı ilə məğlub edib.

QOL.az xəbər verir ki, Musanın adı bu matçın iştirak ərizəsinə salınmayıb.

Komandanın baş məşqçi Tomas Lagerlöf oyundan sonra keçirdiyi mətbuat konfransında bunun səbəbi ilə bağlı da danışıb. O, heyətdəki rəqabət səbəbindən Musaya şans verilmədiyini bildirib: “Rəqabətli vəziyyətdir. Heyətdə yalnız 20 oyunçu ola bilər. Komandada tarazlıq olmalıdır. Daha yaxşı seçimlərimiz olduğunu hiss etdik. Sadəcə rəqabətə görə belə seçim etdik”.

Qeyd edək ki, Musa Qurbanlı 3 turdan sonra bir oyunda meydana çıxıb. O, mövsümün ilk turunun matçında 70-ci dəqiqədə meydana daxil olub. "Yurqorden" hazırda 7 xalla liderdir.

Seçilən
69
3
teleqraf.com

4Mənbələr