AZ

"Daha yaxşı seçimlərimiz olduğunu hiss etdik" - Musanın baş məşqçisi

Millimizin hücumçusu Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” ötən gün İsveç çempionatının 3-cü turunda “Sirius”u 2:0 hesabı ilə məğlub edib.

"Football-plus.az" xəbər verir ki, Musanın adı bu matçın iştirak ərizəsinə salınmayıb.

Komandanın baş məşqçi Tomas Lagerlöf oyundan sonra keçirdiyi mətbuat konfransında bunun səbəbi ilə bağlı da danışıb. O, heyətdəki rəqabət səbəbindən Musaya şans verilmədiyini bildirib:

“Rəqabətli vəziyyətdi. Heyətdə yalnız 20 oyunçu ola bilər. Komandada tarazlıq olmalıdı. Daha yaxşı seçimlərimiz olduğunu hiss etdik. Sadəcə rəqabətə görə belə seçim etdik”.

Qeyd edək ki, Musa Qurbanlı 3 turdan sonra bir oyunda meydana çıxıb. O, mövsümün ilk turunun matçında 70-ci dəqiqədə meydana daxil olub. "Yurqorden" hazırda 7 xalla liderdi.
Seçilən
74
3
football-plus.az

4Mənbələr