AZ

“Xəzər Lənkəran” niyə AFFA-ya müraciət etmir?

Bilindiyi kimi, “Xəzər Lənkəran”a uzun fasilədən sonra yenidən futbol üzrə ölkə çempionatına qayıda bilər.

Çox güman, növbəti mövsüm 1-ci liqada görə biləcəyimiz klub işə stadion təmirinindən başlamaq istədi. Prosesin rəsmi tərəfi isə iştirakla bağlı AFFA-ya müraciət etməkdi. Daha doğrusu, lisenziya şərtininin ödənilməsidi. Ki, bununla bağlı artıq başqaları artıq AFFA-ya müraciət edib, lisenziya alacağı günü gözləyir. Bəs “Xəzər Lənkəran” AFFA-ya rəsmi müraciət ünvanlayıbmı? İşlər hansı yerdədi?

Bu suallara cavab tapmaq üçün klubun icraçı direktoru Höccət Hacıyevə müraciət etdik. O, hələ heç stadionun təmirinə başlamadıqlarını dedi:
“Hələ ki AFFA-ya müraciət ünvanlamamışıq. Stadionu bərpa edəndən sonra bu yöndə addım atılacaq. Normal stadion olmalıdı ki, komanda orda məşq edə bilsin. Təmir işlərinə isə başlamamışıq. Çünki müəyyən tamamlama işləri həyata keçirilməyib”.


Höccət bəy rəsmi müraciəti gələn ay ünvanlayacaqlarını da qeyd etdi:
“Hazırda Türkiyədən cavab gəlməyib. Mayı gözləyirik. İstəyirik gələn gələn ay müraciət edək. Bunları da, təbii ki, təmir işlərinə başlayandan sonra edə bilərik”.


RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
24
Mənbələr
Şərh ()
Bağla