AZ

Lənkəranda saxta uduşlu lotereya satan keçmiş məhkum TUTULDU - FOTO

Lənkəran şəhəri ərazisində lotereya satışı ilə məşğul olan obyektlərə saxta lotereyalar satan Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Ağəli Əliyev saxlanılıb. 

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, o, 2 mağazaya özünün əvvəlcədən hazırladığı saxta uduşlu lotoreyaları təqdim edərək müxtəlif məbləğlərdə uduş məbləğləri alıb. 

Araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitə aludəçisi olduğu da aşkarlanıb.

A.Əliyevin hazırda respublikanın digər şəhər və rayonlarında da analoji əməli törətməsi araşdırılır. 


Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
1
bizim.media

10Mənbələr