AZ

Saxta "uduşlu" lotoreyalara görə Lənkəranda tutuldu - FOTO

Yevlax rayon sakini dələduzluq faktına görə Lənkəranda saxlanılıb.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, Lənkəran şəhəri ərazisində lotoreya satışı ilə məşğul olan obyektlərdən daxil olmuş müraciətlər əsasında Lənkəran polisinin keçirdiyi tədbirlər nəticəsində Yevlax rayon sakini əvvəllər məhkum olunmuş Ağəli Əliyev saxlanılıb.

Məlum olub ki, həmin şəxs lotoreya satılan 2 mağazaya özünün əvvəlcədən hazırladığı saxta "uduşlu" lotoreyaları təqdim edərək müxtəlif məbləğlərdə uduş məbləğləri alıb.

Araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitə aludəçisi olduğu da aşkarlanıb.

A.Əliyevin hazırda respublikanın digər şəhər və rayonlarında da analoji əməli törətməsi araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
12
milli.az

10Mənbələr