AZ

Səkidə maşın sürdü, həbs edildi - VİDEO

Bakıda avtomobilini səkidə idarə edən sürücü həbs edilib.

Day.Az Bakı Şəhər DYP İdarəsinə istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.

Piyadaların hərəkətinə təhlükə yaradan "Mercedes" markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ağayev Cahangir Bəhlul oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
43
day.az

10Mənbələr