AZ

Maşını səkidə sürdü: həbs olundu - Video

Avtomobilini səkidə idarə edən sürücü həbs edilib.
Bakı Şəhər DYP İdarəsindən BUTA.TV-a verilən məlumata görə, paytaxtın Səbail rayonunda piyadaların hərəkətinə təhlükə yaradan "Mersedes" markalı, 90 OT 408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cahangir Bəhlul oğlu Ağayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
43
buta.tv

10Mənbələr